İranın gündə 17 milyon barel neftin nəql olunduğu Hörmüz boğazını qapadacağı yönündə təhdidindən sonra Böyük Britaniya donanması da hərəkətə keçib. BBC-nin verdiyi məlumata görə, Böyük Britaniya donanmasının ən müasir avadanlıqla təchiz olunmuş “HMS Daring Destroyer” adlı gəmisi gələn həftənin çərşənbə günü Hörmüz boğazına yola düşəcək (lent.az).
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi də təsdiq edib. Dəyəri 2,5 milyard dollar olan bu gəmi dünyanın ən müasir və təkmil “üzən radarı” sayılır. Radara yaxalanmayan gəmiyə Böyük Britaniyanın ABŞ və Fransa kimi müttəfiqləri də böyük önəm verir. Gəmidəki radar eyni vaxtda onlarla raket və təyyarəni aşkara çıxarır, təqib edir. Bu, İranın ehtimal olunan raket hücumu zamanı Qərbin ən çox güvəndiyi vasitələrdən biridir.