Müsavat Partiyasının VIII qurultayının keçiriləcəyi vaxt bəlli olub. APA-nın məlumatına görə, bununla bağlı qərar partiya Məclisinin bu gün keçirilən iclasında qəbul olunub.
Məclis partiyanın Divanın təklifini nəzərə alaraq, VIII qurultayın bu il martın 3-4-də keçirilməsini qərara alıb.
Divana və Qurultayın Təşkilat Komitəsinə tapşırılıb ki, qərardan irəli gələn işləri həyata keçirsin.
İclasda partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib ki, 84 rayon təşkilatının 57-də qurultaya hazırlıqla bağlı konfranslar başa çatıb, qurultaya 544 nümayəndə seçilib. Digər rayon təşkilatlarında isə yığıncaqların keçirilməsinə hazırlıq gedir.
Partiya Məclisinin sədri Arzu Səmədbəyli isə deyib ki, qurultayın paytaxtdakı Şəhriyar adına Mədəniyyət Sarayında keçirilməsini məqsədəuyğun hesab edirlər.