İranın neft naziri Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını “dondurmaq” təklifini gülünc olduğunu açıqlayıb.
“Marja” xəbər verir ki,embarqoların ləğv edilməsinin ardından neft hasilatını artırmaq istəyən İran, Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını “dondurmaq” tələbini gülünc hesab etdiyini açıqlayıb. Xəbərin ardından neft qiymətləri 4,5% düşüb.
Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər, digər iri istehsalçıların da tətbiq etməsi şərtilə, neft hasilatlarını yanvar ayının səviyyəsində “dondurmağa” qərar verdiklərini açıqlamışdı.
Bloomberg News-ın “Saha” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İranın neft naziri Namdar Zanganeh bu təklifinin İran üçün həqiqi olmayan tələblər olduğunu bildirib.
3 OPEK üzvü olan ölkə və Rusiya keçən il 40% nisbətində azalma qeydə alınan qiymətlərdəki enişi dayandırmağın yollarını axtarırlar. İran isə beynəlxalq embarqoların qalxmasının ardından hasilatı 1 milyon barel artırmağı planlaşdırır.