Bu gün Biləsuvar rayonu Aşağı Cüləli kəndində səhər saat 8 radələrində 3 məktəblini maşın vurub. Anspress-in məlumatına görə, dərsə gedən qızları maşın məktəbin girişində vurub. Hadisə nəticəsində məktəblilərdən biri dünyasını dəyişib, 2 nəfər isə ağır yaralanıb.
Ölən məktəbli qız III sinif şagirdi Türkan Rövşən qızı Abbasovadır. Onun bacısı – I sinif şagirdi Fidan Rövşən qızı Abbasova və qonşuları, I sinif şagirdi Rəvanə İsa qızı Bağırova isə yaralanıblar. Rəvanə Bağırovanın vəziyyəti daha pisdir və hazırda reanimasiyadadır.
Qızları “Mercedes” markalı avtomobil vurub. Maşının sürücüsü Qismət Əliyev saxlanılıb.