Almaniya İqtisadiyyat İnstitutunun qiymətləndirməsinə görə, hökumət iki ilə qaçqınlara təxminən 50 milyard avro xərcləyəcək. Real məbləğ miqrantların əmək bazarına inteqrasiyasındn asılı olacaq.
Bir nəfər üçün mənzil, ərzaq təminatı və sosial xidmət 12 min avroya başa gələcək. inteqrasiya və dil kursları 3,3 min xərc aparacaq. Beləliklə dövlət hər qaçqına ildə təxminən 15 min avro ayıracaq.
Ötən il Almaniyaya 1,1 milyon qaçqın gəlib, bu il 800 min, 2017-ci ildə isə 500 min qaçqının gələcəyi gözlənilir.
2016-cı ildə 1,525 milyon, 2017-ci ildə isə 2,163 milyon adamın dövlət dəstəyinə ehtiyacı olacaq.
Almaniyaqa qalmaq və işləmək hüququ alan qaçqınlardan 99 min nəfəri bu il, 276 min nəfəri isə gələn il iş yeri ilə təmin edilə bilər. Bundan sonra həmin şəxslərə dövlər büdcəsindən dil və inteqrasiya kurslarına pul ayrılacaq.
azadlıq.info