Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparıldığı barədə məlumat yayılıb. Lakin maliyyə naziri Samir Şərifov yayılan məlumatları təkzib edib və hökumətin heç bir qurumdan maliyyə yardımı istəmədiyini bildirib.
Artıq Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) nümayəndələri isə Maliyyə Nazirliyində görüşlər keçirib. Görüşdən sonra ANS-ə açıqlama verən nümayəndə heyətinin üzvü görüşün səmərəli keçdiyini, Azərbaycan hökumətinin maliyyə yardmı ilə bağlı addımını dəstəklədiklərini bildirib.