«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Ətrafdakılarla münasibətiniz korlana bilər. Yaxınlarınız sizin bugünki əhvalınızın səbəbini anlamayacaqlar. Yaxşı olar ki, təklikdə qalasınız.
BUĞA
Günün birinci yarısı daha uğurlu olacaq. Sizə yaxın olan adamların əhatəsində olacaqsınız. Maraqlı əhvalatlarla bağlı çoxlu informasiya toplayacaqsınız
ƏKİZLƏR
Əldə etdiyiniz bilik və təcrübə sayəsində bilmədiklərinizi öyrənəcəksiniz. Sevdiyiniz adamla münasibətiniz də xoş müstəvidə inkişaf edəcək. Bu gün özünüzü daha rahat hiss edəcəksiniz.
XƏRÇƏNG
Bu gün kiminləsə münasibətinizi korlaya bilərsiniz. Yaxşı olar ki, hər eşitdiyinizi dilə gətirməyəsiniz. Münaqişədən uzaq olun. Ən yaxın adamınızla münasibətiniz isə yaxşılığa doğru dəyişəcək.
ŞİR
Ətrafdakıların məsləhətinə qulaq asın. Yalnız o halda ciddi səhvə yol verməyəcəksiniz. Təəssüf ki, əhvalınız yaxşı olmayacaq. Tez-tez neqativ emosiyaya qapılacaqsınız.
QIZ
Cazibədar olacaqsınız. Yeni müttəfiqə ehtiyacınız var. Planlı hərəkət edin. Yaxınların məsləhətinə qulaq asın. Məsləhətli don gen olar.
TƏRƏZİ
Yardıma ehtiyacı olanların qayğısına qalın. Təşəbbüskarlıq göstərin. Sizə dəstək durmağa hazır olanlar az deyil. Bu səbəbdən diqqət çəkməkdən utanmayın..
ƏQRƏB
Yaxşı olar ki, normal münasibətləri korlamayasınız. Bu səbəbdən qarşı tərəfin dediklərinə diqqətlə qulaq asın. Anlayışlı olmağa çalışın. Qəlb qırmaq asandır.
OXATAN
Günün ikinci yarısında əhvalınız dəyişə bilər. Səhhətinizə qarşı soyuqqanlısınız. Yaxşı tanımadığınız adamla romantik tanışlıq da istisna deyil.
OĞLAQ
Maliyyə məsələlərinin həlli üçün münasib gün deyil. Əmlakla və ya pulla bağlı riskli addım məsləhət deyil. Son zamanlar səbirsizliyinizdən ətrafdakılarla mübahisələr yaşayırsınız.
DOLÇA
Yaşlı qohumlarla münasibətlərinizdəki gərginlik günün ikinci yarısında yaşanacaq. Kəskin qəlbə toxunan ifadələr işlətməyin. Axşam saatları sevdiyiniz məşğuliyyətlə başınızı qatın.
BALIQLAR
Bu gün imic dəyişikliyi uğurlu olmayacaq. Ilk baxışdan problemləri həll etmək asan görünəcək. Tanışlar bu işdə həvəslə sizə kömək göstərəcəklər.