Azərbaycanın əməkdar artsiti, xanəndə Simarə İmanovanın ailəsində şok hadisə yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, iki gün əvvəl xanəndənin İmişili rayonu, Əliqulular kəndində yerləşən ata yurdu yanıb. Əvvəlcə yanğının təsadüfən baş verdiyi ehtimal olunsa da, sonradan hadisənin qəsdən törədildiyi məlum olub. Araşdırmaladan sonra müyyən edilib ki, evi S.İmanovanın anası Minəbəyim İmanova yandırıb.
Qadın evi yandırmasını ərinin ona xəyanəti ilə əsaslandırıb. Bir müddət əvvəl S.İmanovanın atası Cəmaləddin İmanov həyat yoldaşından ayrılaraq başqa bir qadınla evlənib. Bundan əsəbləşən qadın evə benzin tökərək od vurub.
Əliqulular bələsiyyəsi də faktı təsdiqləyib. Bələdiyyədən hadisə ilə bağlı deyiblər ki, evin elektrik qısaqapanmasından yandığı iddia edilsə də, sonradan hadisəni Minəbəyim İmanovanın törədildiyi üzə çxıb. Hazırda evin yanmış xarabalığı qalır.