İranın ali dini lideri ayətullah Əli Xamneyiyə qarşı sui-qəsdin üstü açılıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Pakistanın “Geo TV” və “Aab TV” telekanalları məlumat yayıb.
Ayətullah Xamneyi ilə birlikdə İranın neft naziri general-mayor Rostam Kazemi də öldürülməli imiş. Sui-qəsdin arxasında kimin durduğu barədə məlumat verilmir. Əli Xamneyi sui-qəsdin üstü açılandan sonra İranın ən güclü liderlərindən biri olan sabiq prezident Əkbər Haşimi Rəfsəncani ilə görüşüb.