Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçuları tərəfindən təşkil edilən terror aktı nəticəsində daha 3 türk əsgəri yaralanıb.
Hadisə kənardan idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Bununla da terrorçularla gün boyu davam edən qarşıdurmalarda yaralı əsgər sayı 11-ə çatıb.
Yaralı əsgərlər Diyarbəkir Hərbi Xəstəxanasına yerləşdiriliblər. (APA)