Bakı meri evlərini ucuz satmaq istəməyənlərə 15 gün vaxt verdi, əks halda «zorla çıxarılacaqsız» dedi
“Biz – vətəndaş cəmiyyəti nümayəndələri olaraq dekabrın 5-də Bakı şəhəri, Aqil Quliyev küçəsi, 5 ünvanında yerləşən binaların məcburi söküləcəyi ilə bağlı xəbərdarlığı və söküntü işlərinə hazırlığı kəskin şəkildə qınayırıq. Bunu sakinlərin mülkiyyət hüquqlarına qəsd cəhdi kimi qiymətləndiririk”.
Bu barədə Iqtisadiyyata Yardım Ictimai Birliyi və Insan Hüquqları Klubunun birgə bəyanatında deyilir(Turan).
Sənəddə qeyd olunur ki, dekabrın 5-də göstərilən ünvanda yerləşən ÿ65 ailənin yaşadığı iki 9 mərtəbəli binanın bir qrup sakini Bakı Şəhər Icra Hakimiyyətinə dəvət edilib. BŞIH başçısı Hacıbala Abutalıbov sakinlərə bildirib ki, mənzillərin hər kvadrat metrinə maksimum 1500 manat təklif edilir və onlar bununla razılaşmalıdırlar. Sakinlərin razılaşmayacağı halda, H.Abutalıbov 15 günə güc tətbiq edilərək mənzillərin məcburi olaraq sökülməsinə başlanacağı ilə bağlı xəbərdarlıq edib. Gün ərzində mənzillərin kanalizasiya sisteminin çıxışı torpaqla örtülüb, liftlərin motorları çıxarılıb, əraziyə kran gətirilib və kranın möhkəmləndirilməsi işləri aparılıb.ÿ
“Biz Azərbaycan hakimiyyətindən, birbaşa olaraq ərazi üzrə icra strukturlarından ölkə vətəndaşlarının Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilən mülkiyyət hüquqlarına hörmət etməyi tələb edirik. Bəyan edirik ki, mənzillər məhkəmə qərarı olmadan və sakinlərə ədalətli kompensasiya verilmədən sökülə bilməz və söküntüyə cəhdlər dərhal dayandırılmalıdır”, – bəyanatda vurğulanır.
Bəyanat müəllifləri medianı, xüsusən ITV-ni bu problemi işıqlandırmağa, əsl media orqanı kimi çıxış edərək vətəndaşların mövqeyini yaymağa çağırır. “Biz beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və fundamental hüquqlardan olan mülkiyyət hüquqlarının müdafiəsində yaxından iştirak etməyə çağırırıq”,- sənəddə bildirilir.