Suriyada hava zərbəsi nəticəsində hərbi liderini itirən Çeyş əl-İslam qrupunun yeni komandiri Əbu Humam adı ilə də tanınan “İssam əl-Buvayda olacaq”, üsyançı hərəkatı bildirib.
Ceyş əl-İslam qrupunu yaradıb, onun komandiri olan 44 yaşlı Zəhrun Alluş ötən gün raket zərbəsində öldürülüb.
Cümə günü dövlət televiziyası onun Dəməşq yaxınlığında həyata keçirilən “xüsusi əməliyyat” nəticəsində “məhv edildiyini” xəbər vermişdi.
Məlumata əsasən həmlədə bir sıra səhra komandirləri öldürülüb. Onların arasında Zəhrun Alluşun müavinləri də var.

Al-Arabiya televiziyası üsyançıların toplaşdığı qərargahın raket zərbələrinə məruz qaldığını bildirib.
Ceyş əl-İslam Suriyada ən iri üsyançı qruplarından biridir. O, daha çox Dəməşq ətrafında fəal olub.
Zəhrun Alluş Suriya münaqişəsinin dinc yolla nizamlanması üzrə Səudiyyə Ərəbistanında keçirilən görüşün iştirakçısı olub.
2011-ci ildən bəri davam edən münaqişə nəticəsində 250 mindən artıq adam həlak olub. 11 milyon suriyalı isə didərgin düşüb.
(bbc azəri)