Rusiyanın ən seksual qadını seçilən 27 yaşlı Mariya Kojevnikova “Vahid Rusiya” partiyasından deputat seçilib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu məlumatı tvitter ünvanında məlumat yerləşdirən Kseniya Sobçak “Vahid Rusiya” partiyasından Dövlət dumasına namizəd olan “Univer” serialının keçmiş ulduzu” barədə ironiya ilə danışıb: “Tanış olun Mariya Kojevnikova. O indi Dövlət Dumasının deputatıdır. Qanunvericiliklə məşğul olacaq. Maridən elə indicə qanunvericiliklə bağlı müsahibə almaq, hakimiyyətin qanunverici qolunun prioritetləri haqqında danışmaq istəyirəm”.
Qeyd edək ki, Mariya bu il Rusiyanın ən seksual qadını seçildikdən sonra “Vahid Rusiya” partiyasından namizədliyin irəli sürmək qərarına gəlmişdi.