“Suriya prezidenti Bəşər Əsədin İrana səfəri ilə bağlı məlumatım yoxdur”.
Bu barədə Nyu-Yorkda “Suriyaya dəstək qrupu”nun görüşündə iştirak edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Mən bu haqda heç nə bilmirəm”, deyə görüşün kuluarlarında İran XİN rəhbəri jurnalistlərə bildirib.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin Rusiyadan sonra İrana səfər edəcəyi barədə xəbər yayılıb.
Xatırladaq ki, Bəşər Əsəd oktyabrın 21-də Moskvaya səfəri edib. Bu, 2011-ci ilin əvvəlindən etibarən Əsədin ilk xarici səfəri olub.
(apa)