Bu gün yerli vaxtla 12:30 radələrində Türkiyənin Diyarbəkir şəhərində polislə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisəyə HDP, BDP, DTK və HDK-nın təşkil etdiyi ortaq mətbuat konfransın aralarında HDP-li millət vəkillərinin də daxil olduğu bir qrupun küçəyə çıxma qadağası tətbiq olunan Sur bölgəsinə yürüş etmək istəməsi səbəb olub. Polis, “PKK xalqdır, xalq burada”, “Yaşasın Sur müqaviməti” şüarları ilə Əkinçilər prospektinə irəliləmək istəyən qrupa qaz bombası və təzyiqli su ilə müdaxilə edib.
Polisin müdaxiləsindən sonra isə hadisılər daha da gərgin xarakter alıb və etirazlar yaxınlıqdakı Bağlar mahalına da sıçrayıb. Nümayişçilər polis maşınlarına səs bombaları atıb, ara küçələrdə müxtəlif vaxtlarda silah və partlayış səsləri eşidilib. Etirazlar zamanı 2-si rus əsilli olmaqla, çox sayda etirazçı həbs edilib.
Aydın Taş