“Heat” jurnalında yaşı 30-dan aşağı olan, amma ən çox qazanan ulduzların siyahısı dərc olunub. Siyahıda birinci yerdə 51.8 milyon funt-sterlinq sərvətilə “Harri Potter” filminin 21 yaşlı ulduzu Deniel Redklifdir.
26 yaşlı Kira Naytli 30.9 milyon funt-sterlinq var-dövlətilə ikincidir. Üçüncü pillədə qərarlaşan 25 yaşlı Robert Pattinsonun 24.9 milyon funt-sterlinqlik sərvəti var.