Naməlum basqınçı saat yarımdan sonra öldürüldü
İstanbulun ən əhəmiyyətli turist zonalarından olan Sultanəhməd Meydanında, Topqapı Sarayında atışma baş verib. Noyabrın 30-da Bakı vaxtı ilə saat 12 radələrində bir nəfər silahlı ətrafa atəş açmağa başlayıb. Açılan atəşlərdən bir nəfər təhlükəsizlik əməkdaşı və bir əsgər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Olay yerinə təhlükəsizlik qüvvələri gəlib.
Silahlı şəxsi zərərsizləşdirmək üçün əməliyyat təxminən saat yarım Topqapı Sarayında davam edib. Sonda basqınçı öldürülüb.
İstanbul polisi onun xarici vətəndaş olduğunu açıqlayıb. Daxili işlər naziri İdris Naim Şahin jurnalistlərə açıqlamasında deyib ki, 36 yaşlı basqınçı Türkiyə vətəndaşı deyil. O, bir neçə hün qabaq Liviyadan ölkəyə gləib.
Çiynində aşırma çanta və patrondaş, əlində pnevmatik tüfəng olan silahlı Topqapı Sarayı qarşısında keşik çəkən əsgəri tərkisilah edib, “Allahü-əkbər” qışqıra-qışqıra ətrafa təsadüfi atəş açıb.
Basqınçı bu qiyafədə olub