Türkiyə, ortaq düşmənlərlə mübarizə məqsədi ilə Qətərlə imzalanan müdafiə razılaşması çərçivəsində bu ölkədə hərbi baza quracaq. Bu haqda Türkiyənin Qətər səfiri Ahmet Demirok məlumat verib. Səfir, “Reuters”ə açıqlamasında, Hərbi bazada hava, dəniz qüvvələrinin, təlimçilərin və xüsusi təyinatlıların təmsil olunacağını bildirib: “Türkiyə və Qətər eyni problemlərlə qarşı-qarşıyadır. Bölgədə baş verənlər və digər ölkələrin naməlum siyasəti hər iki ölkədə narahatlıq yaradır. Ortaq düşmənlərlə qarşı-qarşıyayıq. Orta Şərq üçün bu kritik dövrdə iki ölkə arasındakı əməkdaşlıq həyati əhəmiyyətə malikdir”,-deyə səfir bildirib.
Aydın Taş