Türkiyə Rusiyanın münasibətlərin normallaşmasına dair irəli sürdüyü şərtlərini qəbul etməyib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Rusiyanın bir daha belə bir böhran yaşanmayacağına dair təminat verməsi tələbinə cavab olaraq bildirib ki, bundan sonra dövlət sərhədi pozulmasa, heç bir problem yaşanmayacaq: “Türkiyənin təzminat ödəməsi isə heç bir şəkildə mümkün deyil”.
Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov iki ölkə arasında münasibətlərin normallaşması üçün Rusiyanın iki şərtinin olduğunu açıqlayıb. Bunlar Türkiyənin belə hadisənin təkrarlanmayacağına dair təminat verməsi və dəyən ziyana görə Rusiyaya təzminat ödəməsidir.