Avtomobil toqquşmasında deputatın qolu sınıb
{jcomments off}Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri, deputat Ziyad Səmədzadə ağır yol qəzasına düşüb. Qəza noyabrın 25-də axşam saatlarında Binəqədi rayonu ərazisində baş verib. Cəfər Xəndan və Gəraybəyli küçələrinin kəsişməsində 10 HS 094 dövlət qeydiyyat nişanlı “Mercedes” Z.Səmədzadənin olduğu 10 AA 411 nömrə nişanlı “Nissan” toqquşub.
Lent.az-ın hüquq-mühafizə orqanlarına istinadla verdiyi xəbərə görə, qəza nəticəsində Z.Səmədzadə və hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Məlumatda bildirilir ki, qəzaya “Mercedes”in qəflətən olaraq “Nissan”ın qarşısına çıxması səbəb olub.
Qəzası ilə bağlı avtotexniki ekspertiza da təyin olunub. Binəqədi rayon Polis İdarəsi İstintaq şöbəsinin rəisi Ceyhun Axundov deyib ki, ekspertizanın nəticəsi yaxın 10 gün ərzində məlum olacaq və rəyə əsasən cinayət işinin başlanılıb-başlanılmayacağına qərar veriləcək.
Binəqədi RPİ-dən onu da biliriblər ki, müxtəlif bədən xəsarətləri almış Z.Səmədzadə Kiniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxananın baş həkimi Tərlan Bəbirovun Lent.az-a verdiyi məlumata görə, qəza nəticəsində deputatın qolu sınıb. Onun qoluna sarğı qoyulub və ambulator müalicəyə yazılıb.