Hindistanda bahalaşmaya etiraz edən ölkə vətəndaşı kənd təsərrüfatı naziri Şarad Paverə sillə vurub. Harvinder Sinqh adlı şəxs bu addımı nazir jurnalistlərlə söhbət etdiyi vaxt atıb. Sillədən sonra nazir müvazinətini itirir, Sinqh isə təhlükəsizlik qüvvələri və nazirin köməkçiləri tərəfindən döyülərək uzaqlaşdırılır. Daha sonra cibindən bıçaq çıxaran aksiyaçı jurnalistlərin uzatdığı mikrofonlara peşman olmadığını deyir. Hadisə nəticəsində nazirin xəsarət almadığı, aksiyaçı şəxsin isə saxlanıldığı bildirilir (ans press).