ABŞ kəşfiyyatına işləyən 12 nəfər həbs olundu
Iranda ABŞ-ın xüsusi xidməti orqanı olan Mərkəzi Kəşfiyyat Idarəsinə casusluqda şübhəli bilinən 12 nəfərin həbs olunduğu haqda xəbər yayılıb.
Iran parlamentinin xarici siyasət və milli təhlükəsizlik üzrə komitənin sədri Pərviz Sorurinin sözlərinə görə, ABŞ xüsusi xidmətinin casusları Israilin dəstəyilə ölkənin təhlükəsizliyinə, hərbi gücünə və nüvə proqramının inkişafına zərbə vurmaq niyyəti güdürmüş. Casusluqda şübhəli bilinən şəxslərin nə vaxt həbs olunduğu və olayın digər təfərrüatları açıqlanmır.
Xatırladaq ki, “ABC” kanalı noyabrın 22-də ABŞ-ın kəşfiyyat xidmətinə istinadən Livan və Iranda Mərkəzi Kəşfiyyat Idarəsinə çalışan 10-dan çox amerikalı casusun həbs olunduğunu bildirmişdi. Casusların ifşa olunmasının səbəblərindən biri isə onların istifadə etdiyi mobil telefonların dinlənilməsi olub.