İraqın baş naziri Heydər əl-İbadi Türkiyənin Mosula əsgər göndərməsini NATO-nun baş katibi Jens Stoltenberglə müzakirə edib.
İbadi Stoltenbergə Türkiyənin İraqdakı hərbi varlığını qəbul etmədiklərini çatdırıb və əsgərlərin İraqdan çıxarılması üçün NATO-nun da səlahiyyətlərindən istifadə etməsini istəyib.
Stoltenberg İbadiyə NATO-nun İraqın suverenliyinə əhəmiyyət verdiyini ifadə edərək, mövzu ilə əlaqədar üzv ölkələri məlumatlandıracağını bildirib. Telefon danışığı zamanı Stoltenberg, problemin diplomatik yolla həll olmasının əhəmiyyətli olduğuna da bildirib.
Aydın Taş