Volkan Bozkır: «Eyni zamanda Suriya problemi və digər məsələləri müzakirə də edəcəyik»
“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi bizi çox sevindirir. Biz bununla özümüzü də BMT Təhlükəsizlik Şurasının üzvü hesab edirik”.
APA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkır deyib: “Hazırkı Bakı səfərimiz zamanı BMT Təhlükəsizlik Şurasında nələr ola bilər, onu danışacağıq. Bölgədəki problemləri – “Ərəb baharı”, Suriya ilə münasibətlər və digər məsələləri də müzakirə edəcəyik”.