Noyabrın 22-də saat 12.00-da Müsavat Partiyasının qərərgahında İctimai Palatanın növbəti dinləmələri keçiriləcək. Bu dəfə mövzu Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramında Azərbaycanın iştirakı, Avropaya inteqrasiya prosesində qarşıya çıxan problemlər olacaq. Məruzəçi politoloq Leyla Əliyevadır. İctimai Palatanın üzvləri, jurnalistlər, ictimiyyət nümayəndələri dəvətlidir.