Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə partiyanın baş katibi Arzuxan Əlizadə, mətbuat və təbliğat katibi Əli Orucov, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Siyasi Şura üzvü Fuad Muxtarovdan ibarət nümayəndə heyətilə birlikdə Brüsselə gedib. AMİP-çilər noyabrın 21-dən 24-dək Avropa Parlamentində görüşlər keçirəcəklər.
Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində AMİP rəhbərliyi Avropa Parlamentinin bir sıra yüksək rütbəli rəsmiləri ilə, o cümlədən, Avropa Xalq Partiyası (EPP) baş katibinin müavini, parlament üzvü Kristian Kremer, Avropa Parlamentinin üzvü, “Avronest” Siyasi Komitəsinin sədri Günnar Hökmark, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü, xanım Anna İbrisagic, Avropa Parlamentinin üzvü, “Avronest” Siyasi Komitəsinin sədr müavini Jacek Saryus-Volski, Avropa Xarici Fəaliyyət Xidmətinin (The European External Action Service- EEAS) Azərbaycan üzrə məsul nümayəndəsi Denis Danelids, İsveçin Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri, səfir Dag Hartelius və hakim “Moderat” Partiyasının Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri, xanım Kristina Lutzla görüşlər keçirəcək.