ABŞ və NATO-dan Ankaraya dəstək gəldi
BMT-nin Fransada keçirilən iqlim dəyişikliyi sammitinə qatılan ABŞ prezidenti Barak Obama dünən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib. Prezidentlər görüşdən sonra müzakirə olunan məsələlər barədə jurnalistlərə məlumat veriblər.
Ərdoğan: “Gərginliyi azaltmaq istəyirik”
Obama Türkiyə və Rusiya arasında baş verən gərginliyi müzakirə etdiklərini və problemin həlli üçün yollar aradıqlarını bildirib. O, eyni zmanada, Türkiyənin özünü müdafiə etmək hüququnun ABŞ tərəfindən dəstəkləndiyini bir daha diqqətə çatdırıb.
Ərdoğan görüşlə bağlı açıqlamasında Suriyada aparılan mübarizənin detalları üzərində dayandıqlarını bildirib: “Arzumuz Suriyada keçid prosesinin uğurla başa çatmasıdır”.
Türkiyə prezidenti rəsmi Ankaranın Rusiya ilə bağlı yaranmış gərginliyə dair mövqeyinə də toxunub: “Türkiyə olaraq Rusiya ilə aramızdakı gərginliyi azaldılmasına tərəfdarıq. Istəyimiz bu gərginliyin diplomatik yolla həll olunmasıdır”.
NATO mühafizəni gücləndirir
Rusiyaya məxsus “Su-24” təyyarəsi ilə bağlı qalmaqaldan sonra NATO-dakı müttəfiqləri Türkiyənin hava məkanının mühafizəsini gücləndirməyə qərar veriblər. Alyans üzvləri bu məqsədlə zəruri tədbirlərin görülməsini vacib sayırlar. Bu barədəÿ “The Wall Street Journal” məlumat yayıb.
Buna qədər NATO sərhəddə bir neçə qurğu yerləşdirmişdi. Lakin Ankara daha müasir vasitələrin istifadəsini təklif edir. Türkiyədə həmçinin Britaniya aviasiyasının yerləşdirilməsi də nəzərdə tutulur.
Aralıq dənizinin şərqində isə Almaniya və Danimarkanın gəmiləri qərar tutacaq. NATO nümayəndələri təhlükəsizlik tədbiri çərçivəsində əlavə HHM sistemlərinin yerləşdirilməsini də planlaşdırırlar.
Medvedev sanksiya paketini imzaladı
Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyəyə ÿqarşı sanksiya paketini imzalayıb. Idxalı dayandırılacaq məhsullar siyahısı Rusiya hökumətinin rəsmi internet saytında da yerləşdirilib. Imzalanan fərmanda sanksiyaların dərhal deyil 1 yanvar tarixindən etibarən qüvvəyə minəcəyi göstərilir. Idxalıÿdayandırılacaq məhsulların siyahısında pomidor, soğan, üzüm,ÿalma kimi, tərəvəz və meyvə məhsulları var.ÿSiyahıda limon və fındıq yer almayıb. Rusiya bundan öncə Türkiyədən toyuq əti idxalını da dayandırıb.
O da məlum olub ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi 108 ton toyuq ətini istifadə müddətinin başa çatmasını əsas gətirərək Türkiyəyə qaytarıb.ÿKalininqrad rəsmiləri Türkiyədən gətirilən toyuq ətinin qablaşdırılmasında yenidən etiketləmə, bəzi məhsullarda isə son istifadə tarixinin keçdiyinin təsbit edildiyini bildiriblər. Rusiya daha əvvəl də müxtəlif səbəblərlə 54 ton toyuq ətini Türkiyyə qaytarmışdı.
“Türklər var, ruslar gəlməsin!”
Rusiya və Türkiyə arasında yaşanan təyyarə böhranı Belçikaya da sıçrayıb. Belə ki, dekabrın 9-da Çempionlar Liqası çərçivəsində keçiriləcək “Gent”-”Zenit” oyunundan əvvəl rus azarkeşlərə xəbərdarlıq olunub. Gent bələdiyyə başçısı Daniel Termont rus azarkeşlərin stadiona buraxılmayacağını bildirib. O, bunun təhlükəsizliklə bağlı olduğunu vurğulayıb. Termont Belçikada təxminən 200 min türkün yaşadığını, bu səbəbdən rus azarkeşlərlə qarşıdurma ehtimalının böyük olduğunu deyib: “Burada çox sayda türk var. Belçikaya gəlməyin, stadiona buraxmayacağıq”.
Rusiyanın idman naziri Vitali Mutko Gent bələdiyyəsinin qərarını qəbul etmədiklərini bildirib və olayla bağlı UEFA-ya müraciət etdiklərini deyib: “Bu normal deyil. UEFA və FIFA qaydalarına görə stadion ÿtutumunun 10 faizi qədər bilet qonaq komandaya verilməlidir. Rus azarkeşlər Belçikaya gedəcək. UEFA-dan təhlükəsizlik zəmanəti istəyirik. Əgər təhlükəsizliyin təminatı ilə bağlı problem varsa, oyun neytral zonadaÿ oynanılsın”.
UEFA-dan isə “Gent”-“Zenit” ÿoyununun neytral zonada ÿoynanılmasının müzakirə olunmadığını bildiriblər.
Ankara-Moskva gərginliyi Türkiyədə təhsil alan rusiyalı tələbələrin də işini çətinə salıb. Məlum olub ki, akademik mübadilə proqramı üzrə Türkiyədə təhsil alan Rusiya vətəndaşı olan bütün tələbələr qısa müddətdə ölkəyə qaytarılacaq. Bu barədə Rusiyanın Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Türkiyədə 100-ə yaxın rusiyalı tələbə təhsil alır. Qeyd edək ki, bu yaxınlarda Rusiyanın təhsil naziri Dmitiri Livanov ölkəsinin ali təhsil müəssisələrinin rəhbərliyinə Türkiyə ilə əməkdaşlığın dayandırılması haqda məktub göndərib. Nazirin məktubunu mətbuat xidməti belə izah edib: “Həmin məktubda rusiyalı müəllimlərin və tələbələrin Türkiyəyə səfərinin təxirə salınması nəzərədə tutulub”. Nazrilik onu da bildirib ki, iki ölkə arasında ümumi təhsillə bağlı bir razılaşma mövcuddur.
Rusiya ilə Türkiyə arasında yaranmış məlum gərginlikdən sonra Putin Ankaranı IŞID-lə neft ticarəti aparmaqda ittiham etmişdi. Putinin mətbuat katibi Dmitri Peskovun dünənki açıqlaması isə göstərdi ki, Kreml bu məsələdə dərinə getmək istəmir. Peskov bildirib ki, Ankaranın IŞID-dən neft almasına dair məlumatlar Türkiyə hökumətinin ifşa etmək üçün yox, terrorla mübarizə üçündür. Xatırladaq ki, Moskvanın məlum ittihamlarına cavab olaraq Türkiyə prezidenti Ərdoğan bildirmişdi ki, Rusiya ortaya sübut qoyarsa, istefa verməyə hazırdır. Peskov onu da bildirib ki, əsas məqsəd informasiyadan yararlanmaqdır. Və bu informasiya daÿterrorla mübarizədə istifadə olunurdu.
Rus komandir Türkiyəni hədələdi
Rusiya tərəfindən növbəti təhdid tonlu bəyanat Hava Qüvvələri komandiri Viktor Bondarevdən gəlib. Bondarev rus pilotun cənazəsinin qarşılanma mərasimində Türkiyənin layiq olduğu cəzanı alacağını bildirib:ÿ “Bu gün Oleq Anatolyeviç Peskovun cənazəsi Rusiya torpaqlarına gətirildi. Vəzifəmizi həyata keçirərkən daim onu nümunə götürəcəyik. Bu xəyanəti gerçəkləşdirənlər isə layiq olduqları cəzanı alacaqlar”.
Aydın Taş