Professorun adından hansı məqsədlə müraciət yayılır?
Professor Cəmil Həsənlinin adından müxtəlif ictimai fəalların və KİV-in elektron poçtlarına müraciət göndərilir. Müraciətdə Ziyalılar Forumunu müdafiəyə və kütləvi etiraza çağırışlar yer alır.
“Azadlıq” qəzetinin dəqiqləşdirməsinə cavabında professor Cəmil Həsənli belə bir müraciətdən xəbərsiz olduğunu deyib. Cəmil Həsənli hər hansı müraciət hazırlayıb yaymadığını vurğulayıb. Professor bildirib ki, bu, onun adından məqsədi ona aydın olmayan istifadədir. Cəmil Həsənli bunun təxribat məqsədi ilə edildiyini də istisna etməyib.