Bu gün Avro-2012-in pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Avro-2012 qatarı” son 4 sərnişinini gözləyir.
Əslində, Xorvatiya ilə İrlandiya milliləri hələ ilk matçlardan Ukrayna və Polşada keçiriləcək final mərhələsinə bilet sifariş ediblər. Onların səfərdə qazandığı böyük hesablı qələbələrdən sonra vəsiqəyə sahib çıxacağı heç kimdə şübhə doğurmur. Bu isə Türkiyə və Estoniya yığmaları üçün səfərdəki cavab oyunlarının formal xarakter daşıyacağı deməkdir.
Çernoqoriya – Çexiya cütündə qonaqların şansı çox olsa da, mübarizə hələ yekunlaşmayıb. Balkan təmsilçisi evdə oynadığından, 2 top fərqini aradan qaldıra bilər. Portuqaliya ilə Bosniya və Herseqovina yığmaları mübarizəyə sıfırdan başlayacaq. Çünki hesab açılmayan yeganə cüt budur və hər 2 millinin şansları bərabər olaraq qalır.
15 noyabr
23:05. Xorvatiya – Türkiyə İlk oyun – 3:0
23:15. Çernoqoriya – Çexiyaİlk oyun – 0:2
23:45. İrlandiya – Estoniyaİlk oyun – 4:0
01:00. Portuqaliya – Bosniya və Herseqovinaİlk oyun – 0:0