Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.
Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.
Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir (APA).
***
Bakının Xətai rayonunda, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xeyli canlı texnikası və qüvvəsi cəlb olunub.
Hazırda binaya elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.
Sakinlərin məlumatına görə, yanğın transformatorun partlaması nəticəsində baş verib.