Dünən qəzet çapa hazırlanarkən mötəbər mənbədən məlumat aldıq ki, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissələrdən birində güclü partlayış olub.
Partlayışın hərbi hissə ərazisində yerləşən silah anbarında baş verdiyi bildirilir. Ilkin məlumatlara görə, partlayış nəticəsində ölən və yaralanan olmayıb. Artıq gec olduğundan faktla bağlı əlaqədar qurumlardan məlumat ala bilmədik. Xəbərlə bağlı təfərrüatları növbəti sayımızda verməyə çalışacağıq.
İnformasiya şöbəsi