Dünyada gedən qlobal demokratik dəyişikliklər, avtoritar rejimlərin süqutu cəmiyyətimizi silkələməyə başladı. Illərlə apardığımız mübarizə sonunda öz bəhrəsini verməkdədir. “Nyu-York Tayms” qəzetində rejimin ifşası, 2 aprel məhbuslarının məhkəmədə hakimiyyət uzərində qazandıqları mənəvi qələbə, eləcə də xalqın bütün kəsimlərini özündə birləşdirən və hakimiyyətin bir nömrəli opponentinə çevrilən Ictimai Palatanın aparıcı siyasi qüvvəyə çevrilməsi, dəyişiklikləri qaçılmaz edir.
AXCP və Müsavatın apardığı demokratiya mücadiləsi bu gün öz bəhrəsini verməkdədir. Artıq inamla demək olar ki, XALQ IQTIDARDAN QORXMAQDAN BEZIB. Bu hal 20 ilə yaxın susan tanınmış ziyalılarımızı da hərəkətə gətirdi, artıq onlar da demokratik qüvvələrlə həmrəylik nümayiş etdirməklə vətəndaş nümunəsi göstərməkdən çəkinmirlər.
Lakin bu kütləvi narazılıq fonunda, bəzi qüvvələrin, fürsətdən istifadə edərək, hədəf yayındırmaq cəhdləri, təəssüf doğurur. Bu qüvvələr 1993-cü ildən “iş” başındadır. 18 ildir xalqa müxalifət bizik, iqtidara isə inadla “dialoqa hazırıq” deyən, deputat seçilməyi son məqsəd kimi görən, partiya və ictimai təşkilat sədrləri…
Bu şəxslərin partiya lideri kimi müsahibələrinin böyük qismi, AXCP və Müsavatın hakimiyyətə gəlmək şanslarının dəyərləndirilməsi ilə bağlı olur. Qəribədir ki, bu açıqlamaların məzmunu da mahiyyətcə eyni olur. Dialoq təxminən bu şəkildə bitir: “O illərdə rəhmətlik Elçibəylə uzun-uzadı Azərbaycanın gələcəyini müzakirə edirdik. Ayrı-ayrı qütblərdə olsaq da məqsədimiz eyni idi (bax, bunu başa düşmək doğrudan çətindir – X.Ə.). Bir dəfə bəyə açıq şəkildə iradlarımı (qəribə də olsa, ”irad” açıqlanmır) bildirdim. Pənah da (Pənah Hüseyn – Ə.X.) orada idi”. Vəssalam, artıq Pənah Hüseynlə siyasi mükalimə qaçılmazdır. Sanki Pənah bəylə hər hansı debat, bu insanları cəmiyyət qarşısına lider kimi çıxaracaq. Bu ifadə və ondan sonrakı prosedurlar artıq ənənəyə çevrilib, adətən, hakimiyyətin çətin anlarında müşahidə olunur.
Hazırda isə, həmin “lider”lər müxalifətlə xalqın “barışması” üçün “çalışırlar”.
Qəribə arqumentlərlə, məsələn, filankəs prezident olsa (hətta hissə o qədər qapılırlar ki, namizəd sözü də yaddan çıxır – Ə.X.), xalqla müxalifət (AXCP-Müsavat) barışar. Fikir verirsinizsə, artıq iqtidara xitab, xalqın arxasında gizlənmək taktikası ilə yerini dəyişir. Sual olunur, müxalifətin illərlə əzilən xalqımız uğrunda apardığı mücadiləsində öndə gedənlər, verilən qurbanlar, amansız təqiblərə dözən insanlar, zülmün gözünə dik baxıb, qorxu sindromunu alt-üst edən 2 aprel məhbusları hansı xalqın nümayəndələridir?
Mən AXCP-nin yubileyində oxşar nitqləri dinlədim. Izdihamlı, dolu zallar üçün qəribsəmiş bu “liderlər” nə istədiklərini heç özləri də izah edə bilmədilər. Amma bu o demək deyil ki, heç nə anlamadıq. Türklərin bir atalar sözü var, “Bükə bilmədiyin əli sıxmaq zorundasan”. Yəni rejimi dəyişmək iqtidarında olan AXCP və Müsavatdırsa və sən də bunu doğrudan da istəyirsənsə, deməli, onların yanında olmasan belə, bu mübarizəni aparanlara mane olmamalısan. Cəmiyyətə “məni lider kimi qəbul et” demək olmaz. Əksinə bunun səbəblərini bu iddiada olan şəxs özündə və mənsub olduğu siyasi qüvvənin təmayülündə axtarmalıdır.
…Ümumiyyətlə, Azərbaycan və digər qeyri-demokratik ölkələrdə mərkəzçi siyasi qüvvələr uğursuzluğa məhkumdur. Dəfələrlə bunun şahidi olmuşuq. Bu qüvvələr, adətən, hakimiyyət böhranı zamanı iqtidar və ana müxalifət arasında körpü roluna ümid bəsləyirlər. Lakin nəzərə alsaq ki, hakimiyyət mərkəzçi qüvvələrin xidmətinə ehtiyac duymur və böhranı inkar edir, o zaman cəmiyyətin də belə partiyalara marağı olmaması başadüşüləndir.
…M.Ə.Rəsulzadə və Ə.Elçibəy ideyaları bu gün ümumAzərbaycan dəyərlərinə çevrilib, hər kəs bu ideologiyanı rəhbər tutub, güclü siyasi təşkilata çevrilə bilər. AXCP və Müsavatın Ictimai Palatada bir araya gəlməsi, bunun ən bariz nümunəsidir. Bu gün cəmiyyətin bütün təbəqələri, demokratik dəyişikliklər istəyənlər bu qurum ətrafında sıx birləşməkdədir. Mərkəzçi qüvvələrin, Ictimai Palataya alternativ nəsə yaratmaq cəhdini, cəmiyyət birmənalı olaraq, qəbul etmir. Bunun günahını Əli Kərimli və Isa Qəmbərdə axtarmaları isə adət halını alıb.
Görünür, bu mərhələni də keçməliyik. Lazımsız olsa da…