İngiltərənin baş naziri Devid Cameron, Suriyada IŞİD-ə qarşı hava hücumu başladılması lazım olduğunu bildir. Cameron ölkələrə qarşı təhdidlərin Rakkada planlaşdırıldığını və müxtəlif ölkələrdə icra edildiyini də ifadə edib: “Xalqımız, tarixində dəfələrlə olduğu kimi, bu dəfə də bütün pisliklərə qarşı həmrəylik nümayiş etdirəcək. Birlikdə bir daha bacaracağıq. Bu şeytanın dünyasını yıxmaq üçün yaşadığımız qorxunun və hirsin ardından qərarlılığımız gəlməlidir”,- deyə baş nazir bildirib.
IŞİD-in mərkəzinin Rakkada olduğunu bildirən Devid Cameron, bunları bildirib: “Ölkələrə qarşı təhdidlər Rakkada planlaşdırılır və müxtəlif ölkələrdə icra edilir. Rakka, ilanın başıdır. Suriyada ABŞ, Fransa, İordaniya və Körfəz ölkələrini kəşfiyyat, nəzarət və yanacaq mənasında dəstəkləyirik, ancaq daha çoxunu etməmiz lazım olduğunu da anlayırıq”.
azadliq.info