Ukrayna prezidenti Petro Poroşenko, Parisdə törədilən terror hücumlarının ardından Ukraynanın da İŞİD-in təhdidi altında olduğunu bildirib. Poroşenko bu haqda kəşfiyyat məlumatlarına malik olduqlarını bildirib:
“Parisdəki terror hücumundan sonra Ukrayna da terror təşkilatı İŞİD-in təhdidləri altındadır. Dünən mövcud risklər və təhdidlərin araşdırılması, sülhün qorunması, Ukraynada əmin-amanlığın təmin edilməsi üçün qəti təlimat verdim”,- deyə bildirib.
azadliq.info