G20 sammitinə qatılan Avropa Birliyi Şurasının prezidenti Donald Tusk, Parisdəki hücumların hər kəsi şoka saldığını bildirib. Terror hücumları sonrası hər kəsin həmrəylik sözü verdiyini, ancaq bunun yetərli olmadığını vurğulayan Tusk, fikrini belə davam etdirib: “Birlikdə hərəkətə keçməmiz lazımdır. Bizlərin G20 liderləri olaraq terrorla mübarizədə tam qətiyyətlə irəliləmə mesajı verməmiz lazımdır”.
Terroru maliyyələşdirən ölkələr aşkarlanaraq dayandırılmalıdır
G20 sammitində iştirak edən ölkələr olaraq xüsusi bir məsuliyyətə sahib olduğunu xatırladan Tusk, terroru maliyyələşdirəmlərə diqqət çəkib: “Bizim üçün terroru maliyyələşdirənlərin daha yaxşı müzakirə olunacağı başqa bir platforma yoxdur. Şübhəli ölkələrin maliyyə dəstəyinin kəsiləcəyi halda, nə terror aktları, nə də bunların planlaşdırılması olmayacaq. Şübhəli maliyyə axınları haqqında məlumat mübadiləsi etsək, bu mövzuda əhəmiyyətli addım atmış olarıq.
Tusk, yığıncaqda teröristtlərdən qaçan, diktator rejimlərinin zülmündən qaçan insanların taleyini də müzakirə etməyin vacib olduğunu bildirib.
azadliq.info