“Azəriqaz” və “Azərkimya” SOCAR-a birləşdirilməmişdən əvvəl, neft şirkətində 73 min işçi çalışırdı. Hazırda isə SOCAR-ın işçilərinin sayı təxminən 52 min nəfərdir”.
“Marja”nın məlumatına görə, bunu “İnsan Resursları Forumu Bakı 2015” tədbirində çıxışı zamanı SOCAR-ın Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.
O deyib ki, işçilərin sayının azalması prosesi təbii olaraq getmişdir:
“Birincisi köhnəlmiş istehsal proseslərində, köhnəlmiş qurğularda, zavodlarda çalışan insanlar sərbəstləşdirilməsi nəticəsində belə bir azalma yaranmışdır. İllər ərzində onların sərbəstləşdirilməsi təxirə salınırdı. Qalırdı gələn ilə, gələn il növbəti ilə… Əslində həmin işçilər çalışmırdılar, istehsal prosesində iştirak etmədən maaş alırdılar.
Ona görə, biz təcili olaraq bu prosesi başladıq. “Ernst & Young” şirkətini dəvət etdik, audit apardı və bizə lazım olan işçi həcmini müəyyənləşdirdi. Təbii olaraq, ixtisarlar aparıldı, amma sərbəstləşən işçiləriə əmək haqlarının 5 qatı qədər pul vəsaiti ödədik. Bu vəsait onlara özlərinə yeni iş təşkil etmələri üçün ödənildi. Və yaxud, 1 il ərzində əməkhaqlarının 50%- məbləğində vəsait ödədik. Həmçinin şərait yaratdıq ki, bizim tədris-təlim mərkəzlərində təlimdən keçib ixtisaslarını dəyşsinlər və SOCAR-da digər vəzifələrdə işləsinlər”.
“ÇÖLƏ ATDIĞIMIZ İŞÇİLƏRİN SAYI AZDIR”
Xaliq Məmmədov qeyd edib ki, qmumən sərbəstləşən işçilər 1000 nəfərdən aşağıdır.
“Yəni, biz 73 min işçini 52 minə endirəndə, təqaüdçiləri götürməsək, çölə atdığımız işçilərin sayı azdır. Biz onları digər müəssisələrdə yerləşdirə bildik, imkanlarından da istifadə edirik”.