Bu gün FIFA-nın seçki heyəti, qrum prezidentliyinə namizədlərin adını açıqlayıb. Maraqlı orasıdır ki, təsdiqlənən 5 namizədin arasında UEFA prezidenti Mişel Platinin adı yoxdur.
FİFA-nın internet saytında yer alan məlumatda, 26 fevral, 2016-cı ildə İsveçrənin Sürix şəhərində keçiriləcək seçkilərdə prezidentlik uğrunda UEFA-nın baş katibi Gianni Infantino, FIFA-nın keçmiş baş katibinin müavini Jerome Champagne, Cənubi Afrikalı iş adamı Tokio Sexvale, İordaniya şahzadəsi Əli Bin Əl Hüseyn və Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Xəlifə mübarizə aparacaq.
azadliq.info