Zaqatalada canavar kəndə hücum edib. Hadisə rayonun Çobankol kəndində qeydə alınıb. Kənd sakini Nurlan Musayevin şəxsi təsərrüfatına hücum edən canavar 32 baş xırda buynuzlu heyvanı parçalayıb.
Hadisə gecə saatlarında baş verib: “Səhər açılanda gördük ki, həyətyanı sahəmizdə olan 32 baş heyvanın hamısını canavar parçalayıb”. (APA)