İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya vilayətinin müstəqilliyinə dair qətnamənin icrasını dayandırıb.
Növbədənkənar iclasa toplaşan məhkəmə üzvləri bu qərarı yekdilliklə qəbul ediblər.
İspaniya Konstitusiyasının 161.2 maddəsinə əsasən, separatçı regionun müstəqilliyinə dair qətnamə Konstitusiya Məhkəməsinin yekun qərarı açıqlandığı tarixə qədər qüvvədə olmayacaq.
Kataloniya vilayətinin parlamenti müstəqillik bəyannaməsi qəbul edib. İki gün əvvəl iki saatdan artıq davam edən müzakirələrin sonunda bəyannamənin mətni oxunub və səsverməyə qoyulub. Kataloniya parlamentarilərinin 72-si sənədin lehinə, 63-ü isə əleyhinə səs verib.
Bəyannamə Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil respublika olmaq istiqamətində prosedurun başlanmasını nəzərdə tutur. (Report)