Elxan Şahinoğlunun sözlərinə görə, bir sıra ölkələrlə dostluq qrupunun yaradılmaması Ankaranın xariji siyasət vektorundan irəli gəlir
Türkiyə Böyük Millət Məjlisi (TBMM) 5 ölkə ilə dostluq qrupu yaratmamağı qərara alıb. Türkiyənin İsrail, Suriya, Liviya, Yunanıstan və Özbəkistanla dostluq qrupu olmayajaq. Türkiyə parlamentinin belə bir qərarla çıxış etməsi maraq doğurmaya bilməz. Çünki Türkiyənin bu siyahıya daxil etdiyi Liviyada hazırda demokratik dövlətin qurulması istiqamətində beynəlxalq birlik jiddi səylər göstərir. Bundan başqa, bu siyahıya Özbəkistanın adının daxil edilməsi də bir sıra suallar yaradır. Mövzu ilə bağlı suallarımızı”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğluya ünvanladıq:
– Türkiyə Böyük Millət Məjlisinin İsrail, Suriya, Liviya, Yunanıstan və Özbəkistanla dostluq qruplarının formalaşdırmamasının arxasında hansı səbəblər dayanır?
– Bu dövlətlərin kənarda qalmasının hər birinin konkret səbəbi var. İsraildən başlayaq. İki dövlət arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq faktiki dondurulub. Rəsmi Təl-Əviv “Mavi Mərmərə” gəmisində qətlə yetirilən türklərə görə Ankaradan üzr istəməyə hazırlaşmır. İsraildə mühafizəkar Benyamin Netanyahu baş nazir, ondan da radikal xariji işlər naziri Aviqdor Liberman iş başında olduqları halda Türkiyə ilə münasibətlər normallaşmayajaq. Bir müddət önjə israilli diplomatlardan biri israrla məni inandırmağa çalışırdı ki, Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin əsl səbəbkarı baş nazir Ərdoğandır və Ankara İsrail-Azərbayjan münasibətlərinə qarışmamalıdır. Birinjisi, həmin diplomata anlatmağa çalışdım ki, Türkiyə Azərbayjan üçün sıradan bir dövlət deyil və Dağlıq Qarabağ uğrunda savaş başlasa, ölkəmizə dəstək Təl-Əvivdən deyil, Ankaradan gələjək. İkinjisi, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinin əsl səbəbkarı heç də Ərdoğan deyil. Belə olsaydı, Qəzza bombardman edilmədən önjə Ərdoğan İsrail-Suriya danışıqlarına vasitəçilik etməzdi. Digər tərəfdən, Türkiyədə heç bir baş nazir 9 vətəndaşının qətlinə göz yuma bilməzdi. Həmin baş nazir bu hadisəyə göz yumsaydı belə, Türkiyə ijtimaiyyəti ona bu hərəkətini bağışlamazdı. İsrail hakimiyyəti üzr istəməməklə Türkiyəni özündən küsdürüb. Bu azmış kimi İsrailin İraqın şinalındakı kürd qruplaşmalarla əlaqələri haqqında xəbərlər dolaşır, ayrıja Təl-Əviv Türkiyənin təmirinə görə pulunu ödədəyi pilotsuz təyyarələri Ankaraya təhvil verməkdən boyun qaçırır. Bütün bunları nəzərə alaraq Türkiyə parlamentinin İsraillə dostluq qrupunu ləğv etməsi anlaşılandır.
– Bəs o biri dövlətlər haqqında nə deyə bilərsiniz?
– Maraqlıdır ki, bir müddət önjə İsrail-Suriya danışıqlarında vasitəçilik edən Ankaranın hazırda hər iki dövlətin hakimiyyəti ilə münasibəti gərginləşib. Ankara Suriya reciminin insanları qətliamına göz yuma bilməzdi. Baxmayaraq ki, 2000-ji illərin başlanğıjından Türkiyənin Suriya ilə münasibətləri normallaşaraq inkişaf mərhələsinə qədəm qoymuşdu, Əsəd reciminin qəddarlığı Ankaranı ondan üz döndərməyə məjbur etdi. Hazırda Qərblə Ankaranın mövqeləri Əsəd reciminə baxışda üst-üstə düşür. Demək Türkiyə parlamentində Suriya ilə dostluq qrupu da yaradıla bilməzdi. Qərb və Türkiyə Əsəd reciminin çöküşünü gözləyir. Türkiyə hökuməti Qəzzafidən üz döndərərək Liviya müxalifətini tanısa da, bu ölkədə seçkilərin nətijələrini gözləyəjək. Düşünürəm ki, Liviyada seçki yoluyla ilə hakimiyyət formalaşdırıldıqdan sonra Türkiyə parlamentində bu ölkə ilə dostluq qrupu formalaşdırılajaq. Yunanıstan parlamentində Türkiyə ilə dostluq qrupu fəaliyyət göstərmir. Buna görə də Türkiyə parlamentində də Yunanıstanla dostluq qrupu yaradılması məqsədəuyğun sayılmayıb.
– Yerdə qalır Özbəkistan…
– Mərkəzi Asiyanın bu ölkəsinin qəribə xariji siyasəti var. Özbəkistan prezidenti İslam Kərimov gah Rusiya ilə yaxınlaşır, gah ondan uzaqlaşır, gah Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olur, gah da bu qurumun tədbirlərinə qatılmır. Özbəkistan vaxtilə GUAM-a da üzv olmuşdu. Anjaq daha sonra səbəblərini izah etmədən bu qurumdan çıxdı. Daşkənd Türkdilli dövlət başçılarının toplantılarına da son illər qatılmır. Özbəkistanda türk kapitalı ilə türk məktəblər də sıxışdırılır. Bu da ona gətirib çıxarıb ki, Türkiyə-Özbəkistan münasibətləri donma nöqtəsinə gəlib. Bu halda Türkiyə parlamentində Özbəkistanla dostluq qrupuna da ehtiyaj qalmayıb.
Xəyal