Eldəniz Quliyev
Daha keçib, burnundan uzağı görməyən bəzi məmurlara xeyirxah bir məsləhət verim. Hərçənd, istəsələr bunu məsləhət kimi yox, lap xəbərdarlıq kimi də qəbul edə bilərlər.
Butafor, yəni əldəqayırma "AXCP" projesi üçün dəridən-qabıqdan çıxanlar çox sadə bir həqiqəti anlamalıdılar. Anlamalıdılar ki, bu oyunun sonu fiaskodur və ən böyük zərbə də elə özlərinə dəyəcək! Hipotetik olaraq, təsəvvür edək ki, Razi başda olmaqla, bir qrup öz möhür-ştamp arzularına çatırla…r… hə, noolsun? Onların AXCP-dən qopartdıqları "P"- dən savayı nə olacaq ki?.. Yerdə qalan AXC isə, heç şübhəsiz ki, qısa müddət ərzində daha aydın, daha duru və daha güclü bir qruma çeviriləcək. Özü də, hakimiyyətin məntiqsiz-mənasız oyunlarından təngə gəlmiş XALQın bir başa köməyi və iştirakı ilə!
AXC-nin Azərbaycanın yaxın tarixindəki möhtəşəm missiyasından xəbəri olmayan varmı?!
Sözümün canı budur ki, ağlınızı başınıza yığın, cənablar,- "bumeranq effekti"nin buynuzu olmayıb və olmur!
P.S. Sonra deməyin ki, bunu bizə deyən olmadı!..