İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi bu gün səhər saatlarında paytaxtın bir neçə yerində əməliyyat keçirib. Polis əvvəldən müəyyən edilmiş ünvanlara basqın edib. Əməliyyata havadan vertolyotla dəstək verilib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Kanarya məhəlləsindəki internetklubda axtarış aparılıb, klubun avadanlıqları müsadirə olunub.
Yeşilkənt məhəlləsində isə binalardan birinə basqın edilərək axtarış aparılıb.
Yerli vaxtla səhər saat 5-də həyata keçirilən bu əməliyyatın PKK, yoxsa digər terror təşkilatlarına qarşı olduğu hələ ki bəlli deyil.