Sumqayıtın icra başçısı dəyişdirilib. Bu barədə strateq.az saytı məlumat yayıb. Məlumata görə, ölkə başçısı İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tutduğu vəzifədən azad olunması, onun yerinə isə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
"mia.az" saytının yaydığı məlumata görə isə Eldar Əzizov Bakının Nərimanov rayonuna icra başçısı təyin olunub.