Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansının bağlandığı təkzib olunur.
Təşkilatın icraçı direktoru Xəyal Şərifzadə “oxu.az” saytına bildirib ki, Alyans fəaliyyətini əvvəlki qaydada və daha geniş miqyasda davam etdirir.
Xatırladaq ki, Azərbaycan-Amerika Alyansının bağlandığı xəbərini “virtualaz.org” saytı məlumatlı mənbələrə istinadla yaymışdı.