Moskvada “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı Qerman Sterliqov sərbəst buraxılıb.
Bu barədə onun vəkili Artur Ayrapetov bildirib.
***
Rusiyalı iş adamı Qerman Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb. Bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.
“Qerman Sterliqov bu gün İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.
Onun sözlərinə görə, çox güman ki, Q.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.