Azərbaycanda avtomobil satışının kəskin azalması avto dilerləri endirimə məcbur edib. Avtomobil şirkətlərinin əksəriyyəti endirimlərə başlayıblar. Hərçənd bəzi şirkətlərin endirimləri çox cüzidir və simvolik xarakter daşıyır. Bəzi şirkətlər isə bütün modelləri ucuzlaşdırıb. Fins.az avtomobil bazarındakı endirimləri təqdim edir.
Audi»nin bu modeli ən çox ucuzlaşdı – 18 min manat
«Audi Azərbaycan» bütün avtomobillərinə endirim edir. Şirkətdən fins.az-a verilən məlumata görə, həm 2014, həm də 2015-ci il model avtomobillər ucuzlaşıb. Məsələn, “Audi RS7” 179 min manatdan 165 min manata kimi ucuzlaşıb. “Audi A 8” avtomobili 9 min manat endirimlə 106 min manata, “Audi A 6” 2 min manat ucuzlaşaraq 43 min manata satılır. Məşhur “Audi Q7” isə 5 min manat endirimlə 83 min manata satılır. Ən böyük endirim “Audi S7” modelində nəzərə çarpır. Avtomobil 123 min manatdan 105 min manata qədər ucuzlaşıb.