Bu gün, saat 14.40 radələrində Heydər Əliyev prospektində ("Olimpiya" stadionunun qarşısında) "Daewo" markalı avtobus od alıb. Avtobus hərəkətdə olarkən alışıb. Sərnişinlər avtobusdan düşürüldükdən sonra alov bütün avtobusu bürüyüb. Hadisə yerinə FHN-in yanğın söndürənləri gəlib. Hazırda avtobus söndürülür (Musavat.com).