Bu gün vicdan məhbusu Hilal Məmmədovun doğum günüdür. Ona ünvanlanan təbriklərə görə minnətdarlıq edən H.Məmmədov bununla bağlı həbsxanadan müraciət yayıb:
"Ağlım kəsən ilk uşaqlıq illərimdən ta bu günəcən həyatımın əsas məramı ədlətsizliklə barışmaz mübarizə olmuşdur. Bu yolda uzun müddətə məşəqqətli zindanla üzləşəcəyimi də istisna etmirdim. Artıq 4-cü doğum günümü də həbsxanada qeyd edirəm və bundan qətiyyən narahat deyiləm. Dəfələrlə məhkəmə prosseslərində qeyd etdiyim kimi bir daha bəyan edirəm ki, insan azadlığı və haqq-ədalət naminə mübarizədə nəinki ömürlük həbs, hətta edam hökmünü də min bir sevinclə qəbul edərdim. Şükür Allaha ki, ömrüm puça getməmişdir. İnşallah, bu mübarizəmizin xoş müjdəli bəhrəsi olcaq.
Vicdan məhbusu"