Ölkə başçısı İlham Əliyevin “Gömrük əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar” Fərmanına Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əməl etmir. Fərmanın birinci maddəsində deyilir ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun. Ancaq daxil olan məlumata görə, artıq dörd aydır ki, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri aylıq vəzifə maaşlarına edilməli əlavəni ala bilmirlər. Onlar sonuncu dəfə həmin əlavələri aprel ayına görə alıblar. Ondan sonarkı ayları isə deyəsən, Dövlət Gömrük Komitəsinin rəhbərliyi vermək istəmir. Məlumata görə, bəzi gömrükçülərin ailələri yaranmış vəziyyətlə bağlı İlham Əliyevə müraciət etmək niyyətindidirlər (İnfoaz.org).