Moskva məhkəməsi Mahaçqalanın keçmiş meri Səid Ömərovu terrorçuluq ittihamında təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.
Bundan əvvəl başqa ittiham üzrə Əmirov 10 müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun bacısı oğlu Yusup Cabarov da 8 il həbs cəzası alıb.
1998-ci ildən 15 il müddətinə Mahaçqalanın əvəzsiz meri olan Əmirova qarşı 15 sui-qəsd təşkil olunub. Onlardan birində onurğa sümüyündən zədə alan mer əlil arabasından istifadə etməyə məcbur olub. Səid Əmirov 2013-cü il noyabrın 1-də Rusiya xüsusi xidmət orqanlarının Mahaçqalada keçirdiyi əməliyyat zamanı həbs olunub və helikopterlə Moskvaya aparılıb. (Modern.az)